SON XƏBƏR

Yaqub Zurufçunun Avropadakı şərəfsiz konserti baş tutacaqmı?- Əbülfəs Qarayev niyə susur?

Mart 30
17:12 2016
Xalq artisti Ramiz Quliyev konsertin fars adı altında təqdim olunmasından xəbərsiz olduğunu bildirib

Əməkdar artist Yaqub Zurufçunun təşəbbüsü ilə aprelin ayının 15-dən başlayaraq Avropada keçiriləcək konsert turları ilə bağlı qalmaqal səngimək bilmir. Konsertlərdə Azərbaycanın tanınmış musiqiçiləri iştirak etməsinə baxmayaraq afişalarda fars adı altında təqdim olunması kəskin tənqidlə qarşılanıb. Həmçinin konsertlədə çıxış edəcək xalq artisti, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyev qınaq obyektinə çevriliblər. 

Məlumatlara görə, artıq Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyəti konsertlə bağlı boykot çağırışları edib.

Bəs bütün bunların fonunda Yaqub Zurufçunun Avropadakı konserti baş tutacaqmı?
 
Avropada keçirilməsi nəzərdə tutulan konsertin ətrafında baş verən qalmaqal ilə bağlı nə Mədəniyyət və Turizm Nazirliyindən, nə də Diasporla İş üzrə Dövlət Komitəsindən sualımıza cavab ala bilmədik. 

Konsertdə çıxış etməsi nəzərədə tutulan xalq artisti, tarzən Ramiz Quliyev isə afişalarda konsertin fars adı altında təqdim olunmasından xəbərsiz olduğunu deyib: "Afişa fars adı altında deyil axı? Orda Azərbaycan musiqisi səslənəcək. Necə olur, indi orda Aftandil fars musiqisi çalacaq?

Afişalarda fars adını görməmişəm. Baxaram... Ümumiyyətlə, afişadan xəbərim yoxdur. Amma konsertə getməliyəm. Başqa ölkələrə də getmişəm, ona görə də xahiş etdilər ki, gedim, mən də razılaşdım, dedim ki, yaxşı, gələrəm. Ona görə də getməliyəm. Ancaq afişalara baxıb sizə rəy deyərəm. Orda Azərbaycan musiqisi olmalıdır. Orda nə yazılıbsa, bilmirəm”.

Xatırladaq ki, əslən azərbaycanlı olan tanınmış müğənni Yaqub Zurufçunun Almaniyanın Köln, Hamburq, Frankfurt şəhərlərində keçirəcəyi konsert turları Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyəti tərəfindən  boykot ediləcəyi barədə məlumatlar yayılıb. Buna səbəb keçiriləcək konsertlərin "paniranizm” və "panfarsizm” ideologiyasına xidmət etməsi iddialarıdır. 
 
Almaniyada yaşayan güneyli soydaşlarımız  "Yeni Müsavat”a açıqlama verərək məsələyə öz etirazlarını bildiriblər. (musavat.com)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook