"Yaşam Residence” iddialara cavab verdi
Yanvar 04
09:56
2019
"Yaşam Residence” şirkəti Nəsimi rayonu, "Memar Əcəmi” metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə rəsmi münasibət bildirib.
Bu barədə azxeber.com-a şirkətin icraçı direktoru Elşən Mahmudov məlumat verib.
O bildirib ki, şirkətə aid tikinti işləri tamamilə qaydalara uyğun aparılıb: "Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanında şirkətimizə aid olan ərazidə tikinti işi başladılıb. Bu ərazi 2006-cı ildən etibarən şəxsi mülkiyyətimizə verilmiş torpaq sahəsidir. Bildirmək istəyirəm ki, mediada birtərəfli məlumatların yayılması əsassızdır. Tikinti aparılması üçün əvvəlcədən qanun çərçivəsində aidiyyəti qurumlara yazılı müraciət edilib, razılıq əldə olunub.
Bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilərək tikinti sahəsinə düşən iki ağacın köçürülməsi üçün müraciət edilib. Müraciət əsasında nazirliyin təşkil etdiyi ekspert qrupu əraziyə baxış keçirib.
Daha sonra Nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalara uyğun şəkildə başqa əraziyə köçürüblər”.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a açıqlamasında prosedurların tam qaydalara uyğun aparıldığını təsdiqləyib:
"Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidən iki ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb”.
"Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabineti tərəfindən 2016-cı ildə təsdiqlənib.
Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.