SON XƏBƏR

Yaşar Bəşirov: Karate qadınlar üçün ideal idman növüdür

May 21
10:23 2016
13 dəfə Avropa çempionu olmuş Azərbaycan karateçisi Rəfael Ağayev müstəsna istedada malikdir. Belə idmançılar 100 ildən bir həyata gəlir.
 
Bu sözləri Lüksemburqun www.lejeudi.lu saytına müsahibəsində Azərbaycan Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyasının (WKF) Texniki Komitəsinin üzvü, 8-ci dan qara kəmər ustası Yaşar Bəşirov deyib.
 
51-ci Monpelye karate çempionatında Azərbaycanın qadın və kişilərdən ibarət komandalarının uğurundan danışan federasiya rəhbəri "Qara Qaplan” klubunun ölkədə daim öndə getdiyini vurğulayıb. O, bu idman növünün 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının siyahısına daxil edildiyini də diqqətə çatdırıb. "Avropa Oyunlarında fəxr etdim ki, ölkə qarşısında verdiyimiz vədi artıqlaması ilə yerinə yetirdik. Komandamız 4 qızıl, 2 bürünc medal qazandı və ümumi siyahıda birinci yeri tutduq”, - deyə Y.Bəşirov bildirib.
 
Azərbaycan Karate Federasiyasının prezidenti əsas məqsədin karate idman növünün Tokio Olimpiya Oyunlarına inteqrasiya etmək olduğunu bildirib. O, karateçinin özəl xüsusiyyətləri haqqında da danışıb: "Yaxşı karateçi ağıllı olmalı, maksimum işləməli və yüksək reaktivliyə malik olmalıdır. Karate qadınlar üçün ideal idman növüdür, cəldliyi, çevikliyi stimullaşdırır, özlərini müdafiə edə bilirlər. Təəccüblü deyil ki, Azərbaycanın qadın komandası qızıl qazanıb. Kişilər bir az təkəbbürlü olurlar, qələbədən sonra tez arxayınlaşırlar. Kişi idmançılarımız qələbə qazanandan sonra daha çox işləməlidirlər, çünki uduzan rəqibləri onlara qalib gəlmək üçün əzmlə çalışırlar”, - deyə o qeyd edib.(AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook