SON XƏBƏR

Yaşayış sahəsi belə hesablanacaq: Qaydalar dəyişdi - Video

Yanvar 05
21:43 2017
Eyvanlar, terraslar, yığnaq yerləridə yaşayış evlərinin ümumi sahəsinə daxil ediləcək

Azərbaycanda yaşayış sahəsinin hesablanması qaydası dəyişib. Statistika Komitəsinin qərarına əsasən bundan sonra eyvanlar, terraslar, yığnaq yerləridə yaşayış evlərinin ümumi sahəsinə daxil ediləcək. Ekspertlər isə bu addımın bir ilk olduğunu, gəlcəkdə bu dəyişikliklərin mənzilin texniki pasportundada qeyd edilməsini vacib sayır.

Azərbaycanda yaşayış yerlərinin statistik göstəriciiləri artacaq. Səbəb, Statistika komitəsinin qərarı ilə mənzillərdə əvvəllər qeydiyyatı aparılmayan sahələrin də yanvarın 1-dən etibarən qeydiyyata salınmasıdır.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin sözlərinə görə belə qərar ilk dəfədir alınır və gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindəndə texniki pasport və çıxarışlar verilərkən də sözügedən sahələrin hesablnaması, əmlakın girov qoyulması və ya sığortalanması zamanı yaranan probleməlri həll edə bilər.

Dəyişiklik əmlak vergisinin hesablanmasında heç bir fərq yaratmayacaq. Çünki həmin vergi texniki pasporta göstərilən sahələrə görə təyin edilir. Ekspert bildirir ki, bir qurum tərəfindən mənzil sahəsinin başqa, digəri tərəfindən isə başqa qayda ilə hesablanması gələcəkdə uyğunsuzluğun yaranmasına da səbəb olacaq.

Əmlak məsələləri dövlət komitəsinin sözçüsü Qulu Xəlilov isə Xəzər Xəbər-ə bildirdi ki, mənzilin ümumi sahəsinin hesablanması qanunla tənzimləndiyindən, hesablama qaydasının dəyişməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi lazımdır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook