SON XƏBƏR

Yaxın müddətdə güzəştli mənzillər yenidən satışa çıxarılacaq

İyul 27
14:43 2018
"Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər uğurla başa çatdırılıb.
 
Musavat.com-un məlumatına görə, "Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib. "Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb.
 
Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young" ("EY”) nüfuzlu beynəlxalq audit şirkətini cəlb edilərək, "Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması ("Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib.
 
Bu ilin 20 iyul tarixində "EY” şirkəti "Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırıb və əldə olunmuş nəticələrə dair "SOC 2” və "SOC 3” rəylərini təqdim edib. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil" sisteminin etibarlılığı və Əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənib.
 
"Güzəştli mənzil” sistemi, əsasnaməsinə uyğun olaraq "Elektron hökumət” portalında yaradılıb və ona inteqrasiya edilib. Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən "Elektron hökumət” portalında müvafiq təkmilləşdirmə işləri aparılıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "AzInTelekom” MMC tərəfindən proseslərin dayanıqlığının artırılması məqsədilə "DATA mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilmişdir və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil" sistemində fəaliyyətinin dayanıqlığının artırılması istiqamətində sınaqlar keçirilib. Aparılan işlər artıq başa çatdırılmaq üzrədir. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook