Yəhudi alim qərb dünyasına çağırış etdi: Azərbaycana dəstək olun
İyun 06
16:15
2023
İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, şərqşünaslıq elmləri üzrə professoru, doktor Mordexay Kedarın ABŞ-ın geniş oxucu kütləsinə malik populyar "Jewish Press” qəzetində "Qərb dünyası niyə Azərbaycanı dəstəkləməlidir?” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə İran, Rusiya, Çin, Venesuela və Şimali Koreyanın daxil olduğu və şərti olaraq "Şərq koalisiyası” adlandırılan ittifaqın ABŞ, NATO, İsrail, Cənubi Koreya və Avstraliyanın daxil olduğu "Qərb koalisiyası”na əks tarazlıq kimi yaradıldığını qeyd edən müəllif birincininikincini təhdid etdiyini vurğulayıb. İsrailli politoloq buna misal olaraq Rusiyanın Ukraynaya təcavüzü nəticəsində sonuncunun minlərlə vətəndaşının həlak olduğunu, infrastrukturunun böyük hissəsinin məhv, iqtisadiyyatının isə iflic edldiyini, Çinin Tayvanı, Şimali Koreyanın Yaponiyanı hədələdiyini, İranın isə İsraili dünyanın siyasi xəritəsindən silmək niyyətini bəyan etdiyini bildirib.Rusiyanın Ukrayna ilə hərbi qarşıdurmada İranın pilotsuz təyyarələri və raketlərindən istifadə etdiyinə diqqət çəkən müəllif beynəlxalq sanksiyalara məhəl qoymayan Çinin Tehrandakı molla rejimindən neft və qaz almasının ayətullah istibdadının fəaliyyətini davam etdirməsinə şərait yaratdığını təəssüf hissi ilə qeyd edib.
https://www.jewishpress.com/indepth/opinions/why-should-the-western-world-support-azerbaijan/2023/05/30/
Məqalədə İran, Rusiya, Çin, Venesuela və Şimali Koreyanın daxil olduğu və şərti olaraq "Şərq koalisiyası” adlandırılan ittifaqın ABŞ, NATO, İsrail, Cənubi Koreya və Avstraliyanın daxil olduğu "Qərb koalisiyası”na əks tarazlıq kimi yaradıldığını qeyd edən müəllif birincininikincini təhdid etdiyini vurğulayıb. İsrailli politoloq buna misal olaraq Rusiyanın Ukraynaya təcavüzü nəticəsində sonuncunun minlərlə vətəndaşının həlak olduğunu, infrastrukturunun böyük hissəsinin məhv, iqtisadiyyatının isə iflic edldiyini, Çinin Tayvanı, Şimali Koreyanın Yaponiyanı hədələdiyini, İranın isə İsraili dünyanın siyasi xəritəsindən silmək niyyətini bəyan etdiyini bildirib.Rusiyanın Ukrayna ilə hərbi qarşıdurmada İranın pilotsuz təyyarələri və raketlərindən istifadə etdiyinə diqqət çəkən müəllif beynəlxalq sanksiyalara məhəl qoymayan Çinin Tehrandakı molla rejimindən neft və qaz almasının ayətullah istibdadının fəaliyyətini davam etdirməsinə şərait yaratdığını təəssüf hissi ilə qeyd edib.
"Qərb koalisiyası” tərəfindən İranı cilovlamağın yeganə yolu kimi ətrafında molla rejimini təcrid etməyə qadir olan ölkələr halqasının yaradılmasında görən israilli professor sözügedən istiqamətdə səylərə qoşula biləcək ölkələr sırasında Azərbaycan, Türkmənistan, Hindistan və İsrailin adını çəkib. O, coğrafi mövqeyi səbəbindən ölkəmizin bu istiqamətdə açar rolunu oynaya biləcəyinə diqqət çəkib və qeyd edib ki, həmin səbəbdən Qərb Azərbaycanla əlaqələri inkişaf etdirməli, onun təhlükəsizliyini və iqtisadiyyatını gücləndirməli, ölkəmizi "Qərb koalisiyası”na qoşulmağa razı salmağa çalışmalı və ya heç olmasa, İrandakı ayətullah qaragüruhuna qarşı ölkəmizlə əməkdaşlıq etməlidir.
Müəllif onu da diqqətə çatdırıb ki, Mərkəzi Asiya dövlətləri ilə vahid koalisiya yaratmaq üçün Qərb öz dostları və müttəfiqləri ilə münasibətlərini qorumağı öyrənməlidir. Bu mənada molla rejiminə qarşı Azərbaycanın dəstəklənməsi İranın qlobal sabitliyə yaratdığı təhdidlərə qarşı effektiv koalisiyanın formalaşdırılması istiqamətində irəliyə doğru müsbət addımdır. Azərbaycan İranın Yaxın Şərqdə və onun hüdudlarından kənarda destruktiv davranışını dayandırmaq istiqamətində Qərbin səylərində əsas rol oynaya bilər.Bu baxımdan İsrail prezidenti İshaq Hersoqun Azərbaycana etdiyi səfər bu çox mühüm ölkənin Qərb koalisiyasına qoşulmasına töhfə verə bilər.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: