Yəhudilərdən ABŞ və İngiltərəyə şok çağırış: “İsrail dövlətini dağıdın“
May 16
10:08
2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və "Neturei Karta" Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb
Publika.az xəbər verir ki, görüşdən sonra yəhudilər jurnalistlərə açıqlama verib.
Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək "İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və anlamalıdırlar” deyib.
"Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə yardımçı olmaq yəhudi xalqının maraqlarına uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidenti kimi edəcəksiniz. Səfirliyinizi geri çağırın. Ortaya çıxın və səsli bir şəkildə İsrail dövlətinə qarşı olduğunuzu deyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq biz İsrail dövlətinin sülh çərçivəsində dağıdılmasını istəyirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər ilə müsəlmanlar sülh içində yaşaya bilər”, - deyə bildirib.