SON XƏBƏR

“Yelo bank” müştərilərini məhkəmələrdə süründürür - Bir ayda 200 iş

Dekabr 14
18:39 2022
Təkcə dekabrın son günlərində "Yelo bank”ın 200-ə yaxın məhkəmə çəkişməsi var.

Sözügedən bankın idarəçiləri növbəti ildən fərqli starategiya düşünmək məcburiyyətindədirlər. Çünki bankın statistikasını yüksək göstərmək üçün istənilən şəxsə kredit vermək məsul şəxslərin bank işindən xəbərsiz olduğunu deməyə əsas verir. Təkcə dekabr ayının son 20 günündə 15 ailənin mənzildən çıxarılması üçün məhkəmə prosesi baş tutub.

Tribunainfo.az xəbər verir ki, "Yelo bank” Məhərrəmovlar ailəsini mənzilindən çıxarmaq üçün Sabunçu rayon Məhkəməsinə baş vurub. Hakim Nilufər Cəfərlinin sədrliyi ilə keçirilən proses 29 dekabr tarixinə təyin edilib. İşin mahiyyəti mənzil mübahisəsi və vətəndaşın mənzildən çıxarılmasıdır.


Növbəti məhkəmə prosesi isə sözügedən bankla "AZE-Samand LTD” MMC arasındadır. Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə "Yelo Bank” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Məhkəmənin ilkin hazırlıq iclası 30 dekabra təyin edilib.

Digər maraqlı proses isə "Qarakənd faciəsi” nin qurbanlarından olan Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılova qarşıdır. 2021-ci ilin may ayından başlayan məhkəmə prosesi indiyə qədər davam edir. Təxminən 2 ilə yaxın məhkəmə prosesi bu ilin son günlərinə təyin edilib. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisədir.

Digər prosesdə isə vətəndaş "Yelo bank”ı məhkəməyə verib. Belə ki, iddaçı Ağayev Fəqani "Yelo bank” la birlikdə "Azevrocar” MMC-ni məhkəməyə verib. Vətəndaşın iddası bankın və digər cavabdehin müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirməmsidir. Proses Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə 29 dekabr tarixində baş tutacaq.

"Yelo bank” həmçinin bir ailənin mənzilindən çıxarmaq iddası ilə də Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə baş vurub. Bank Məmmədova Dilşad, Məmmədova Nuranə, Məmmədov Rəşad, və Məmmədov Tofiqi cavabdeh qismində prosesə cəlb edib. Hakin Anar Qasımovun sədriliyi ilə baş tutacaq proses 27 dekabr tarixində keçiriləcək.

Növbəti mənzildən çıxarılma ilə məhkəməyə baş vuran "Yelo bank” bu dəfə Novruzovlar ailəsi ilə 27 dekabr tarixində Sumqayıt Şəhər Məhkəməsində görüşəcək. Belə ki, hakim Elmir Hüseynov prosesdə iddianı təmin edib qərar verərsə, Novruzova Elmira və Novruzov Ramilin yaşadıqları mənzil əllərindən alınacaq.

"Yelo bank”ın növbəti ailənin mənzildən çıxarmaq üçün Abşeron Rayon Məhkəməsinə də baş vurub. Belə ki, Hacıyev Rahim, Hacıyev Ramiz və Hacıyeva Fərəbanıya qarşı başladılan prosesə hakim Cəmilə Səfiyeva sədrlik edəcək. Oktyabr ayının ilk günlərindən başlayan məhkəmə prosesi 26 dekabr tarixinə təyin edilib.

Daha bir mənzildən çıxarılma prosesi isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində hakim Rübabə Qafarovanın sədrliyi ilə baş tutacaq. Məmmədov Niyaməddinin yaşadığı mənzildən çıxarılması ilə başladılan prosesə 26 dekabr tarixində baxılacaq.

Bir başqa mənzildən çıxarılma prosesi də Sumqayıt Şəhər Məhkəməsində baş tutacaq. Rəsulzadə Rəsul və Rəsulov Vüqarın mənzilindən çıxarılması üçün baş tutacaq mıhkəmə prosesinə hakim Günel Tanrıverdiyeva sədrlik edəcək. Proses 23 dekabr tarixində keçiriləcək.

22 dekabr tarixində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baş tutacaq prosesdə isə vətəndaş "Yelo bank”ı məhkəməyə verib. Vətəndaş Qarayev Aydın bankla yanaşı "Bakı Hərrac Mərkəzi” MMC-ni məhkəməyə verib. Proses hakim Fərid Əyyubovun sədirliyi ilə keçiriləcək.

Vətəndaş Hüseynov Nizaməddin də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək "Yelo bank”a qarşı iddia irəli sürüb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin yaranması, bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrdir.

Proses hakim Fərid Əyyubovun sədirliyi ilə 21 dekabr tarixində baş tutacaq.

20 dekabr tarixində baş tutacaq prosesdə də hakim qarşısına çıxarılacaq tərəf "Yelo bank”dır. Vətəndaş Mikayıllı Rasim bankla arasında bağlanmış müqaviləyə xitam vermək üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə baş vurub. Proses hakim Ayaz Məmmədovun sədrliyi ilə keçiriləcək.

"Yelo bank”ın daha bir məhkəmə prosesinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Vəliyevlər ailəsinə olan iddada borcun ipotekaya yönləndirilməsi nəzərədə tutulur. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Prosesə Gülnarə Tağızadə sədrlik edəcək.

Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə də məhkəməyə verilən "Yelo bank”a qarşı iddia irəli sürən vətəndaş İsmayılov Mir Heydərlə bankın çəkişməsinə Gülnar Babazadə sədrlik edəcək.

20 nəfəri birdəfəyə məhkəməyə verən "Yelo bank” vətəndaşları müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirmədikləri ilə bağlı iddia irəli sürüb. Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun rəhbərliyi ilə baş tutacaq məhkəmə prosesi 15 dekabr tarixinə təyin edilib.

Kazımovlar ailəsinin mənzildən çıxarılması üçün "Yelo bank” Sumqayıt Şəhər Məhkəməsinə baş vurub. Hakim Elmir Hüseynovun sədrlik edəcəyi proses 15 dekabr tarixində baş tutacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook