Yeni Bakı beynəlxalq limanının tikintisinin I mərhələsi ilin sonunadək yekunlaşacaq
Yanvar 18
16:06
2016
Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin I mərhələsi çərçivəsində hazırda görülən bütün işlər bu ilin sonunadək başa çatacaq. Bunu Trend-ə limanın baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, I mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün 4 yanalma körpüdən ibarət universal quru yük və konteyner limanının tikintisi üzrə işləri başa çatdırmaq lazımdır: "Bundan sonra Ələtdəki liman köhnə Bakı limanında yükləri boşaltmadan Ro-Ro gəmilərini qəbul edə biləcək. Limanın tikintisinin növbəti mərhələlərinin reallaşdırılması templəri yük dövriyyəsinin templərindən asılı olacaq, yəni zərurət yaranarsa, tikintini sürətləndirəcəyik”.
T.Ziyadov qeyd edib ki, I mərhələ başa çatdıqdan sonra liman ildə 10-11 milyon tonadək yük və 50 minədək konteyner qəbul edə biləcək.
Qlobal.az