Yeni dərsliklər hazırlanacaq
Noyabr 18
11:56
2020
"Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək”. Bunu Təhsil naziri Emin Əmrullayev "ATV Aktual” proqramında bildirib.
Onun sözlərinə görə, ilk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir: "Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib.
Qısa müddətdə ərzində Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılması planlaşdırılır. Növbəti yarımildə bununla bağlı məzmundə dəyişiklik ediləcək”.