SON XƏBƏR

Yeni Kaledoniya sakinləri ərzaq çatışmazlığı ilə üzləşib

May 17
07:53 2024
Yeni Kaledoniya sakinləri ərzaq çatışmazlığı ilə üzləşib. "Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Telekanalın məlumatına görə, Numea bölgəsindəki mağazalarda böyük növbələr düzülüb. İnsanlar bir neçə saat növbə gözləmək məcburiyyətində qalırlar, bununla belə piştaxtalarda süd, çörək və digər ərzaq məhsulları, demək olar, yoxdur.

Son bilgilərə görə, bəzi supermarketlər məhdudiyyətlər tətbiq ediblər: bir dəfəyə 10-dan çox adamı içəri buraxmırlar, eyni kateqoriyadan ikidən artıq məhsulun alınmasına icazə vermirlər. Bundan əlavə, spirtli içki və siqaret satışı yasaqlanıb.

Xatırladaq ki, Yeni Kaledoniyada etirazlara səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook