Yeni rus pulu dövriyyəyə buraxılacaq - Üzərində Krımın şəkli
Oktyabr 12
14:45
2017
Rusiyada yeni kağız pullar – 200 və 2000 rublluqlar dövriyyəyə buraxılır. Novator.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elvira Nabiullina oktyabrın 12-də açıqlayıb.
Bank sədri bildirib ki, yeni kağız pullara Uzaq Şərq, Krım bölgələrinin (Ukrayna torpağı olan Krımı Rusiya 2014-cü ildə işğal edib – red.) və paytaxt Moskvanın şəkilləri həkk olunduğu üçün əsginazları öncə həmin ərazilər alacaq.
Elvira Nabiullina yeni pulların kütləvi dövriyyəsinə dekabrda başlanacağını vurğulayıb.
Qlobal.az