Yeni Zelandiyada ölkə üzrə fövqəladə vəziyyət elan edildi
Fevral 14
11:26
2023
Yeni Zelandiya hökuməti Qabriel tropik siklonunun nəticələrinin aradan qaldırılması üçün ölkə daxilində fövqəladə vəziyyət elan edib.
Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.
Fövqəladə hallar naziri Kieran MakAnalti qeyd edib ki, bu, tarixdə üçüncü dəfədir ki, bütün Yeni Zelandiyada fövqəladə vəziyyət elan edilir. Onun sözlərinə görə, rejimin tətbiqi hakimiyyət orqanlarına təbii fəlakətdən daha çox zərər çəkmiş rayonlara lazımi dəstək göstərməyə, onları əlavə resurslarla təmin etməyə, nəticələrin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin siyahısını müəyyən etməyə imkan verəcək.
Bundan əlavə, Yeni Zelandiyanın Baş naziri Kris Hipkins daşqın qurbanlarına dəstək üçün 7,25 milyon dollar ayrılacağını açıqlayıb.
CNN xəbər verir ki, fırtına və leysan səbəbindən 46 min evdə elektrik enerjisi kəsilib, bəzi ərazilərdə mobil rabitədə fasilələr yaranıb, ictimai nəqliyyat dayanıb. Murivai kəndi torpaq sürüşmələrinə məruz qalıb, Piha, Karekare və Bethells Beach icmaları isə daşqın səbəbindən təcrid olunub. 1,5 milyondan çox əhalisi olan Oklandda və Yeni Zelandiyanın iki əsas adasından biri olan Şimal adasında bütün məktəblər və inzibati binalar bağlanıb, yerli sakinlərdən küçələrə çıxmamaq istənilib.
Yeni Zelandiya meteoroloji xidməti fırtına və leysanların fevralın 14-ü, çərşənbə axşamı günü davam edəcəyi barədə xəbərdarlıq edib. Sinoptiklərin məlumatına görə, ertəsi gün günorta saatlarına kimi havalar sakitləşməyə başlayacaq.