Yerevanda hərbçilərin meyitlərinin təhqirinə narazılıq edənlər saxlanıldı
İyun 03
02:54
2021
Ermənistan polisinin əməkdaşları ölkənin paytaxtı Yerevanda Səhiyyə Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçılarını saxlayıb.
Bu barədə "Report” Ermənistan mətbuatına xəbər verir.
Məlumata görə, aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub. Aksiyaçılar nazirliyin binasına polietilen paketlər atmağa başlayıblar.