SON XƏBƏR

Yığmamız Rusiya və Gürcüstanı məğlub etdi

Fevral 16
23:31 2017
İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
 
"Qafqazinfo" xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
ABŞ idmançıları ilə keçiriləcək son görüş sabah saat 9:00-da başlayacaq.
 
I Round 
 
Rusiya - AZƏRBAYCAN 4:4 (29-32)
 
57 kq - Artyom Gebekov - Georgi Edişeraşvili 5:2
61 kq - Camal Otarsultanov - Əli Rəhimzadə 6:6*
65 kq - Alan Gogaev - Hacı Əliyev 1:2
70 kq - Maqomedxabib Kadimaqomedov - David Suynuçxanov 10:6
74 kq - Radik Valiev - Cəbrayıl Həsənov 2:6
86 kq - Vladislav Valiev - Şərif Şərifov 2:1
97 kq - Rasul Maqomedov - Nurməhəmməd Hacıyev 2:1
125 kq - Vladislav Baitsaev - Cəmaləddin Məhəmmədov 1:8
 
II Round
 
AZƏRBAYCAN - Gürcüstan 5:3
 
III Round
 
AZƏRBAYCAN - ABŞ (17 fevral, saat 09:30)
 
57 kq - Mahir Əmiraslanov - Otari Gogava 5:5*
61 kq - Əli Rəhimzadə - Giorgi Revazişvili 12:2
65 kq - Hacı Əliyev - İveriko Julakidze 10:0
70 kq - David Suynuçxanov - Konstantin Xabalaşvili 7:5
74 kq - Cəbrayıl Həsənov - Jumber Kvelaşvili 5:0
86 kq - Şərif Şərifov - Davit Xutsişvili 2:2*
97 kq - Aslanbek Alborov - Zviad Metreveli 10:0
125 kq - Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili 7:13
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook