"Yoxsullara bəd xəbər: neftin qiyməti qalxır" - "The Telegraph"
Yanvar 31
11:31
2018
"The Telegraph" yazır ki, təhlilçilərin xəbərdarlığına görə yüksək neft qiymətləri qlobal iqtisadi yüksəlişi poza bilər.
Neft qiymətləri 2017-ci ilin iyunundakı aşağı səviyyəsindən hazırda 50 faiz yüksəlib.
JP Morgan və Barclays gələn il üçün neftin füçers qiymətlərini qaldırıblar. Morgan Stanley bildirir ki, bu öz növbəsində inflyasiya proqnozlarının da yüksəlməsinə səbəb ola bilər, çünki yüksək neft qiymətləri bir qayda olaraq daha yüksək enerji və yanacaq qiymətləri deməkdir.
Bu, nəticə etibarilə başqa malların, o cümlədən ərzaq və xidmətlərin qiymətlərinin qalxmasına səbəb olur.
Ekspertlər bildirirlər ki, inflyasiyanın yüksəlməsi iqtisadi artımı yavaşıdır, çünki bu halda mərkəzi banklar uçot faizini daha çevik qaldıra bilirlər.
Lakin təhlilçilər bunu da qeyd edirlər ki, neft qiymətlərinin qalxmasına elə qlobal iqtisadiyyatın özü rəvac verib. İqtisadi yüksəliş bir qayda olaraq neftə tələbatı artırır.
JP Morgan-ın təhlilçisi Abhishek G Deshpande-nin proqnozuna görə iqtisadi artım bu ilin sonunadək neftə olan tələbatı günə 98, 6 milyon barreldən 101, 1 milyon barrelə qaldıracaq.
Digər tərəfdən neft qiymətlərinin qalxmasına Venesuelada təchizatın çökməsi, OPEC-in hasilatı ixtisar etməsi də başlıca səbəblərdən biridir.
Ekspertlər bildirirlər ki, neft qiymətlərinin qalxması şist hasilatını da yüksəldəcək.
"ABŞ hasilatçıları son nəticədə sabit yüksək qiymətlərə daha sıx qazma ilə reaksiya verəcəklər və bu da sonrakı müddətdə qiymətlərin asılı qalmasına səbəb olacaq, - Barclays şirkətindən Michael Cohen deyib, - Bunun ardınca isə dünuyanın başqa yerlərindəki hasilatçıların hasilatı artırmağa həvəslənməsi baş verəcək…"
Amma şist hasilatının artımı baş verməsə və ya hər hansı başqa səbəblərdən təchizat üzərinə təzyiq artarsa, neft qiymətləri bir barrel üçün 84 dollara çata bilər. Bu, 2014-cü ildən bəri ən yüksək qiymət olardı və belə bir hal qlobal miqyasda daha ciddi nəticələrə gətirib çıxarardı.
JP Morgan şirkətinin iqtisadçısı Bruce Kasman da bildirir ki, neft qiymətlərinin 20 faiz qalxması iqtisadi yüksəlişin 0,5 faizini "yeyəcək".
Lakin "The Telegraph" JP Morgandan təhlilçi Abhishek Deshpande-yə istinadən yazır ki, neft qiymətləri qarşıdan gələn aylarda bir barrel üçün 78 dollara çatacaq, amma ilin sonuncu rübündə 60 dollara enəcək.
"The Guardian" yazır ki, Vergi Ədaləti Şəbəkəsi (Tax Justice Network) kampaniyası Birləşmiş Millətlər Təşkilatını ofşor ərazilərdə vergidən yayınma və korrupsiyanın kökünün kəsilməsi məqsədilə qlobal səylərin koordinasiyasına çağırıb. Bundan əvvəl verilən bəzi xəbərlərdə Birləşmiş Krallığın öz ofşor ərazilərini hələ də maliyyə şəffaflığından "qoruduğu" iddia olunurdu.
TJN-nin bu gün açıqlanmış Maliyyə Məxfiliyi İndeksi 2018 adlı hesabatının təqdimatı mərasimində təşkilatın rəhbəri Alex Cobham deyib ki, nəhəng maliyyə mərkəzləri məxfiliyin azaldılmasına yönəlik islahatları həyata keçirmək istəmirlər.
"2018-ci il üçün olan məlumatlar göstərir ki, dünyanın ən zəngin və qüdrətli ölkələri ən böyük qlobal risk təşkil edir. Bunların arasında İsveçrə və ABŞ qanunsuz maliyyə axınlarının əsas köməkçisi kimi qərarlaşıblar" - Cobham deyib.
Cobham əlavə edib ki, vergidən yayınma, korrupsiya, fırıldaqçılıq və çirkli pulların yuyulmasının aradan qaldırılmasını istəyiriksə, dünyanın əsas maliyyə mərkəzləri bu işə özlərini təmizləməkdən başlamalıdırlar.
"Onlar bunu könüllü şəkildə etmək istəmədiklərinə görə BMT maliyyə məxfiliyinə və başqa qanunsuzluqlara son qoyulması üçün konvensiya qəbul etməlidir" - cənab Cobham deyib.
İsveçrə, ABŞ və Kayman adaları qlobal maliyyə məxfiliyinə ən böyük töhfə verən üç ölkədir.
Birləşmiş Krallıq 10 ən məxfi maliyyə ölkəsinin sırasında deyil. Buna baxmayaraq TJN bildirir ki, Britaniya özünün keçmiş müstəmləkə ərazilərinin və vergi cənnətlərinin daha çox şəffaflaşdırılmasına doğru atılan addımlara mane olur.
TJN bunu da vurğulayır ki, Britaniya ölkə daxilində maliyyə şəffaflığının artırılması üçün tərəqqiyə nail olub. Buna baxmayaraq ölkənin dəniz ərazilərində şəffaflaşdırma islahatları 2017-ci ilin parlament seçkisindən sonra dayandırılıb.
Bu da qeyd olunur ki, son vaxtlarda Britaniya hökuməti bu ofşor ərazilər üzərinə daha çox şəffaflıq öhdəliyi qoymaqdan imtina edir.
Hesabatda bildirilir ki, London əksinə, bu əraziləri beynəlxalq təftişlərdən qoruyur, onların adlarının 2017-cildə Avropa İttifaqı tərəfindən tərtib edilmiş "vergi cənnətlərinin qara siyahısından" çıxarılması üçün lobbiçilik edir.
Lakin kral xəzinədarlığının sözçüsü bildirib ki, dəniz ərazilərinin özlərinin ayrıca yurisdiksiyaları və seçkili demokratik hökumətləri var və onlar özlərinə aid maliyyə məsələlərini özləri həll edirlər.
Birləşmiş Ştatlar maliyyə şəffaflığının artırılması istiqamətində beynəlxalq təşəbbüslərlə əməkdaşlıqdan imtina edir.
"The Mail" yazır ki, yaxşı dostların eyni dalğaya kökləndiyinə dair köhnə bir inam mövcuddur, lakin indi alimlər bu inamın elmi həqiqət olduğunu isbat ediblər.
Maqnit rezonans tomoqrafiyasının nəticələrinə görə yaxşı dostlar videokliplərə, komediyaya baxarkən və ya musiqi dinləyərkən onların beyinləri eyni dalğaya köklənir.
Bu o qədər aşkar görünür ki, hətta dalğaların gücündən asılı olaraq sözü gedən dostların nə dərəcədə yaxın olduqlarını müəyyən etmək olur. Bunun üçün onların neyron fəallığının sinxronluğunu ölçmək kifayətdir.
Maraqlıdır ki, neyron alqoritmləri ən çox yaxşı dostlarda eyniyyət təşkil edib. Bu yaxınlıq dostluğun məsafəsi uzaqlaşdıqca fərqlənməyə başlayır. Yəni yaxın dostların beyin dalğası uyğunluğu onların dostlarının dostları arasında olduğundan daha güclü şəkildə büruzə verir.
Tədqiqatın aparıcı alimlərindən Carolyn Parkinson deyib ki, bu təcrübə yaxın dostların ətraf aləmi müstəsna olaraq bənzər şəkildə qəbul etdiklərini göstərib.
Bu tədqiqat zamanı aparılan təcrübədə 280 tələbə könüllü iştirak edib.
Araşdırmanın başqa bir müəllifi professor Thalia Wheatley deyib ki, "insanlar sosial canlıdırlar və bu mənada onlar bir-birlərinə bağlıdırlar".
"Əgər biz insan beyninin necə işlədiyini öyrənmək isrtəyiriksə, onda beyinlərin birlikdə necə işlədiyini tədqiq etməliyik. Bizim beyinlərimiz bir-birini formalaşdırır" -alim deyib (BBC).
http://www.bbc.com/azeri/institutional-42883832

Sözçü bunu da əlavə edib ki, dəniz ərazilərindəki taxt-tac torpaqları qlobal vergi şəffaflığı standartlarına cavab verir.
ABŞ TJN-nin reytinqinə görə 2015-ci ildə tutduğu üçüncü yerdən hazırda ikinci yerə qalxıb.