YPG Menbiçdən çəkilir: ABŞ-la Türkiyə razılaşdı
Mart 13
16:39
2018
Çavuşoğlu Moskvada açıqladı
"YPG Menbiçdən çıxan kimi, ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”.
Bunu Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, martın 19-da Suriya məsələsi ilə bağlı "Yol xəritəsi" müəyyənləşdiriləcək: "YPG Menbiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə işçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”.
Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşəcək.
Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək/Report.