SON XƏBƏR

YSK Ərdoğanın partiyasının səslərin yenidən sayılması tələbini rədd etdi

Aprel 09
12:20 2019
Türkiyə Yüksək Seçim Kurulu (YSK) hakim Ədalət və İnkişaf partiyasının (AKP) İstanbulun bəzi rayonlarında bələdiyyə seçkilərində verilmiş səslərin yenidən hesablanması tələbini rədd edib.

Virtualaz.org "Sözcü” nəşrinə istinadən xəbər verir ki, YSK-nın bu qərarını şərh edərkən AKP-də bunu seçicilərin hüquqlarının kobud şəkildə pozulması adlandırıblar.
"AKP İstanbulda seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair sübutlar göstərib. Lakin hansısa səbəblər üzündən YSK səslərin yenidən hesablanması tələbini rədd edib”, - iqtidar partiyasının bəyanatında deyilir.

Qeyd edək ki. daha öncə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda seçkilərin nəticələrinin az qala bütünlüklə saxtalaşdırıldığını bildirmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook