SON XƏBƏR

“Yubilyeni də keçirmişik, nə istəyir, bilmirəm?!” – Anar Musa Yaquba cavab verdi

Aprel 04
15:53 2019
"Musa Yaquba həmişə yüksək münasibət göstərmişik, hörmətini gözləmişik”.

Bunu BakuPost-a açıqlamasında AYB sədri, yazıçı Anar deyib. 

O, şair Musa Yaqubun "AYB xəstə vaxtı mənə kömək etmədi” iddiasına münasibət bildirib.

A.Rzayev bildirib ki, AYB-də Musa Yaquba münasibət həmişə yüksək olub: "Onun yubileyini də qeyd eləmişik. İndi nə istəyir, xəbərim yoxdur”.

AYB sədri deyib ki, Musa Yaqub xəstə vaxtı ona kömək edilməsi ilə bağlı ona heç vaxt müraciət etməyib. 

Şair Musa Yaqub Bakupost.az-a müsahibəsində deyib ki, xəstə yatağında yatdığı zaman AYB-yə müraciət edib, ancaq kömək etməyiblər: "Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər.  Dedilər, gərək, icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi.Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook