Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb
Avqust 22
03:38
2022
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura imza atıb. Oxu.Az xəbər verir ki, yığma məsul yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq, komanda hesabında dünya ikincisi olub.
Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov dünya çempionu olub. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, 3 qızıl və 2 bürünc medal əldə edən milli 119 xalla dünya ikincisi olub. İran (174) birinci, Ukrayna (93) isə üçüncü yeri tutub.