SON XƏBƏR

Yunus Oğuzun “Sultan Alp Arslan” romanı özbək dilində çap edilib

Aprel 26
00:19 2016
Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun "Sultan Alp Arslan” romanı Daşkənddə özbək dilində çap olunub. Bu, Yunus Oğuzun "Əmir Teymur”, "Şah arvadı və cadugər” əsərlərindən sonra özbək dilində çap edilən üçüncü romanıdır. "Sultan Alp Arslan” romanını Azərbaycan ədəbiyyatının dostu, şair və tərcüməçu Usman Kuçkar orjinaldan özbək dilinə çevirib.
 
Yazıçının "Qədim Anadolu və Azərbaycan türkləri", "Qarabağ nəzarətsiz zona" (ingilis dilində),"Türkün tarixinə yeni bir baxış" kitabları, "Nadir şah" və digər romanları çap olunub. O, "Qədim türklər və passionarlıq nəzəriyyəsi" adlı elmi əsərin müəllifidir.
 
Tarixi romanlar müəllifi olan Yunus Oğuz, həm də "Atilla”, "Nadir şah”, "Altın dəftər” pyeslərinin müəllifidir. "Nadir şah” pyesi 2014-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
 
Yunus Oğuzun əsərləri Özbəkistandan başqa, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Fransa, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə dərc edilib.(AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook