Yüzminlik tenderləri udan “hərşeyşünas” şirkətə Nazirlik “stop” qoydu
Avqust 29
14:16
2022
Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən etibarsız hesab olunub.
Məlumat üçün bildirək ki, Şəki rayon Psixiatriya Xəstəxanasının dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə keçirdiyi 39 min 182 manat dəyərində kotirovka sorğusunun qalibi "Tural-FB” MMC (VÖEN- 1307245221) olub.
Onu da bildirək ki, "Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.
"Tural-FB” MMC ötən ay Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.
Qlobal.Az