SON XƏBƏR

Zakir Fərəcov və “tender komandasının” macəraları

Fevral 09
11:55 2023
Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Maraqlıdır ki, Sumqayıtda görülən işləri öz reklamı kimi təqdim edən icra başçısı Zakir Fərəcov elə bir plan qrub ki, sanki problemin buna heç bir aidiyyatı yoxdur. Ammma cumhuriyyet.az olaraq məsələni araşdırdıqda görürük kü, bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Konkret faktlar üzərində prosesi təhlil edək.

Hümbət Məmmədovun subpodarat tələsi

Məsələn Sumqayıt şəhərinin də şəhərin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən "iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu  Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda  işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir.  Müqaviləyə əsasən Sumqayıt şəhərində Muğanbank ASC-nin qabaq hissəsində yerləşən parkda va favvarada, Cəfər Cabbarlı və Nizami küçələrində yenidənqurma və abadlaşdırılma işləri görülməli idi. Müqavilə şərtlərinə görə işlərin dəyəri üzrə ödəniş müqavilə bağlandıqdan sonra hesabımız keçirilməli idi. Lakin "iş adamı” H.Məmmədov müqavilə şərtlərini əvvəlcədən pozsa da (müqavilə məbləğini ödənilmədən) bağlanan müqaviləyə əsasən işlər görülür. H.Məmmədov isə tenderdan sonra pulun onun hesabına hələ keçirilmədiyini bildirirdi.  Sonradan bizə bəlli olur ki, tenderə ayrılımış vəsait tam olaraq "iş adamı” H.Məmmədovun hesabına köçürülüb. Ancaq müqavilə əsasında  verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir.

Adil Xudadatov da işin içində

Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır.  Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı sahibkar cumhuriyyet.az-a bildirir: ” İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Mən işlərin dayanmamasına görə tanınmış iş adamı olduğum üçün tanışlarımdan nisyə tikinti materialları alırdım. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan va münasibətim olan imkanlı dost-tanışlarımdan pul almaqla ödəyirdim. Çünki, Z.Fǝrǝcov va A.Xudadatov mənə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində mənə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdim. Buna görə müəyyən şəxslərdən götürdüyüm tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirəm”.

Bulvar müqabilində Bakı merliyi və Ramiz Mehdiyevlə telefon danışığı
 


Sahibkar bildirir ki, Sumqayıtda Yeni Bulvar kompleksinin açılışı zamanı möhtərəm Prezident da görülən işlərdən və işin keyfiyyətlə yerinə yetirilməsindən razı qaldınız. Hətta, orada bildirdi ki, tez bir zamanda bu işlərin görülməsi əsl möcüzədir. Prezidentin sözlərilə desək möcüzəni yaradan MMC 6 (altı) ildir ki, gördüyü  işlərin dəyərini hələ də ala bilmir. Onu da bildirim ki, Z.Fǝrǝcov deyir ki,  kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdır. Bunu öz hesabına tikdirmişdir. Buna görə də bizə görülən işlərin dəyərinin 30 faizini notarial qaydada tasdiq edilməklə ona bağışlamağımızı tələb edir. Yerdə qalan hissəsinin əvəzinə də torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər təklif etmişdir. Bu təklif bizi qane etməsə məcburən razılaşdıq. Lakin, həmin təkliflər də söz olaraq qaldı. Z.Fərəcov ödəniş etmək əvəzinə hələ də bizə hədə-qorxu gəlir, tutdurmaqla hədələyir. Hətta, bir necə şəxsi polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdır.
Digər bir halda isə sahibkar 2016-cı ilin mart ayının əvvəllərində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onun qəbulunda olur və ona Sumqayıtda Yeni Bulvar kompleksinin salınması işi tapşırılır. Hətta icra başçısı tapşırılan vaxtda Yeni Bulvar kompleksini keyfiyyətli təhvil verəndən sonra yüksək vəzifəyə təyin ediləcəyini bildirir və deyir barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə söhbətləri olub, aparatın rəhbəri ona söz verib. Bakı şəhərinə başçı təyin olunduqdan sonra paytaxtda da aparılacaq abadlıq işlərini onlara tapşıracaq. Həttta söhbət əsnasında sahibkarı inandırmaq üçün Z.Fərəcov telefonla Ramiz Mehdiyevlə danışır və danışıqdan sonra R.Mehdiyevin onu gözlədiyini və onun yanına gedəcəyini deyir.

Fərəcovun Kamaz şoferi olan müavini Xudadatov
 


Sumqayıtın icra başçısı Zakir Fərəcovun "sağ əli” olan, vaxtilə Abşeronda at oynadan, sonra qısa müddətdə Fərəcovun müavini olan və tez də qovulan, hazırda Sumqayıt icra hakimiyyətində tikinti şöbəsinin müdiri olan ADİL XUDADATOV kimdir ? Məlumatlı mənbənin cumhuriyyet.az-a dediyinə görə, Xudadatov vaxtilə KAMAZ şoferi işləyirmiş. Sonra KAMAZ şoferi necə olursa 2 ali məktəbi bitirir. Daha doğrusu, Xudadatovun cibində hazırda 2 ali məktəbin diplomu var. İkisi də Rusiyanın ali məktəblərinin diplomudur, biri isə Dağıstan diplomudur.

Diplomların saxta olub-olmadğını yoxlamaq bizim səlahiyyətimiz və imkanımız daxilində olmadğı üçün hüquq-mühafizə orqanlarından xahiş edirik ki, Xudadatovun diplomlarının saxta olub-olmaddğını araşdırsın. Maraqlıdır, görəsən KAMAZ şoferi olan bu Xudadatov necə oldu ki, Rusiyada birdən birə 2 ali məktəbə daxil oldu? Bəlkə Xudadatova qəfil vergi verilib? Axı KAMAZ şoferi birdən birə necə 2 ali məktəbi, özü də əcnəbi dildə bitirə bilərdi? Görünür Zakir Fərəcov da bu oğlanın vergili olduğunu nəzərə alıb və Abşeronda ona yağlı vəzifə verib -Baş memar. Fərasətli oğlan olan Xudadatov qısa vaxtda Zakir Fərəcova bir neçə milyon atıb və Zakirin qəzəbinə tuş gəlib və 15 sutka dincəlməli olub. Sonradan pulları qaytaran Xudadatov yenidən Zakir Fərəcovun etimadını qazanıb. Hətta Sumqaylt boyda şəhərdə başçının müavini olub. Ancaq cəmi bir ay. Sonra yuxarılar KAMAZ şoferini müavin qoyduğuna görə, Fərəcovu sıxıb suyunu çıxardıblar.

Bəli, Sumqayıtda bütün tikinti, abadlı işləri ilə bağlı məsələlər Xudadatovun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan şəhərdə daşı daş üstə qoymaq mümkün olmayıb. Hətta Xudadatov səlahiyyət həddini aşaraq özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim edir. Görəsən Komitənin rəhbərliyinin bundan xəbəri yoxdur ? Xudadatovun təkcə təhsili ilə bağlı deyil, digər qaranlıq əməlləri ilə bağlı ilginc məlumatları dəqiqləşdiririk.

Sumqayıtın "tender kralı” – Hümbət Məmmədxanov
 


Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat verib. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Xüsusilə də yolların asfaltlanması ilə bağlı görülən işlərlə əlaqəli vəsaitlərin ödənişində ciddi problem yaşanır. Sahibkarlar bunun səbəbini görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluqla izah edirlər.
Sitat: "Bunlar tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş bizə iki dəfə baha başa gəlir”. Sumqayıtın abadlaşdırması ilə bağlı görülən işlərin rəhbəri və söz sahibi kimi adı hallanan Məmmədxanov Hümbət mediaya bildirib ki, Sumqayıtdakı tender işlərinə ümumiyyətlə aidiyyətinin yoxdur: "Mən heç bir abadlıq işi görmürəm. Bütün deyilənlər yalandır. Mənim Sumqayıtda yalnız mebel sexim var”.

Çox maraqlıdır ki, bizim söhbət etdiyimiz sahibkarlar isə görülən işlərlə bağlı bütün danışlqları birbaşa Məmmədxanov Hümbətlə apardıqlarını dönə-dönə təsdiqləyirlər. Onun hətta tez-tez Sumqayıtın icra başçısı Zakir Fərəcovun qəbulunda olduğu, orada saatlarla müzakirə apardığı söylənilir. Çox maraqlıdır, bəyəm Sumqayıtdakı tender işlərində nələr yaşanır ki, Hümbət müəllim indidən bütün məsuliyyəti üzərindən atır? Deməli, nəsə qaranlıq məqam var ki, bu adamlar gördükləri işdən imtina edirlər. Qeyd edək ki, bizimlə söhbət edən sahibkarlar dedilər ki, onlarda Hümbət müəllimin abadlıq işlərinə aidiyyətini sübut edən və şəxsən onun özünün imzaladığı sənədlər də var. Hər halda, aidiyyəti qurumlar bu şəxsin kimliyini və gercəkdən nə işlə məşğul olduğunu aydınlaşdırsalar yaxşı olar.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook