SON XƏBƏR

Zakir Həsənovun “Alfons”u – Orduya ayrılan pullar belə talan olunur (FOTOFAKT)

May 26
00:20 2022
Müdafiə Nazirliyinin Gəncədə yerləşən İdeoloji və Mədəniyyət Mərkəzinin 43 270 manatlıq tenderinin qalibi cəmi bir ay əvvəl yaranan "Alfons” MMC olub.

Aztoday.az xəbər verir ki, bu barədə jurnalist Allahverdi Aydın məlumat verib. Onun sözlərinə görə, "Alfons” MMC-ni dövlət qeydiyyatına alanlar və heç bir təcrübəsi olmadığı halda bu MMC-ni Müdafiə Nazirliyi kimi strateji qurumun tenderində qalib edənlər, guya bilmirlər ki, "Alfons” sözünün mənası nədir:

"Yaxşı bilirlər. Sadəcə olaraq artıq vətəndaşlarla məzələnməyə başlayıblar…

Görünən odur ki, dövlət büdcəsi bir qrup tərəfindən vəşhicəsinə talanır və ölkədə buna nəzarət edəcək heç kim yoxdur.

Hazırda büdcəyə nəzarət etməli olan deputatların əksəriyyəti 2 il əvvəl "özlərini buraxanlar” və onlara yoldaşlıq edənlərdi. Onlardan nəsə gözləməyin özü axmaqlıq olar.

Bəzən ümid etmək istəyirsən ki, büdcə talançıları insaf edib vətəndaşlara da qəpik-quruşdan saxlayarlar. Ya da ən azından dövlətin strateji qurumlarını bu talana alət etməzlər.

Amma təəssüf ki, hər keçən gün adamı daha çox təəccübləndirirlər…

Müdafiə Nazirliyinin İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi son 4 tenderdə iştirak edən şirkətlərin ən təcrübəlisi ("Çeşmə-MM” MMC) cəmi 3 ay əvvəl yaranıb…
 
Qlobal.az
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook