“Zamanla üz-üzə” IV müasir musiqi layihəsinə 2016-cı ildə “Seçmə qüsurlarla” start verilir
Mart 02
13:18
2016
Mart ayının 2-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə” IV beynəlxalq musiqi layihəsi çərçivəsində "Seçmə qüsurlar” ("Defectos escogidos”) musiqili tamaşası nümayiş etdiriləcək. Layihənin bədii rəhbəri – Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fuad İbrahimov və solistlər iştirak edəcəklər.
Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva etməklə, hər biri iki, yəni kamera-instrumental və simfonik konsertdən ibarət dörd konsepti birləşdirir. Layihənin ikinci mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, "Zamanla üz-üzə” layihəsi ilk dəfə 9 il öncə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007-2008-ci ilin konsert mövsümündə həyata keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.
Qlobal.az