SON XƏBƏR

Zap əməliyyatı: Türkiyə qırıcıları İraqın şimalını bombalandı

Yanvar 23
10:44 2018
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat həyata keçirib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyə ordusunun qırıcıları İraqın şimalında yerləşən Zap bölgəsində terroçulara məxsus hədəfləri bombalayıb:

"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror təşkilatlarına aid mövqelərin nəzarət altına alınmasını davam etdirir. Zap bölgəsində aparılan kəşfiyyat nəticəsində sərhəddə yerləşən polis və ordu bazalarına hücum planlaşdıran terror təşkilatlarına qarşı 22 yanvar 2018-ci ildə həyata keçirilən əməliyyatlar zamanı terrorçulara aid sığınacaq və silah bazaları məhv edilib. Əməliyyatda iştirak edən qırıcılar müvəffəqiyyətlə aviabazaya qayıdıblar".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook