SON XƏBƏR

Zaur Hüseynov istintaqa cəlb edilə bilər - Tender məsələləri...

Dekabr 21
02:46 2024
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Hüseynov istintaqa cəlb edilə bilər.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Zaur Hüseynovun "Bakı Metropoliteni” QSC-yə rəhbərlik etdiyi dövrlərdə külli-miqdarda dövlət vəsaitinin talan edilməsidir. 
 
Məlumatda bildirilir ki, "Bakı Metropoliteni” QSC-nin sifarişçi olduğu satınalmaların əksəriyyəti qeyri-şəffaf keçirilib.
 
Bu satınalmalardan biri də Metropolitenin təmizlik işləri ilə bağlı olub.
 
Məlumata görə Zaur Hüseynov "Bakı Metropoliteni” QSC-yə rəhbərlik etdiyi dönəmdə qurumun təmizlik işlərini "TAİS İKF" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib. 
 
Bu məqsədlə Metropoliten ilə "TAİS İKF" MMC arasında 2019-cu ilin noyabr ayında "Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında ""Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında ""Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması" lotu üzrə 1.001.445 manatlıq müqavilə imzlaanıb. 
 
QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edib.
 
Lakin dövlət satınalmalarında göstərilən bu rəqəmin dəfələrlə şişirdildiyi vurğulanır.
 
Qeyd edək ki, "Tais İKF" MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. 
 
Xatırladaq ki, hələ bir neçə il öncə Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə bağlı videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi.
 

 
Bakı Metropoliten QSC-nin Ulduz stansiyasında xadimə kimi çalışdığını bildirən S.Xanbabayeva metropolitenin işçilərinin Rafail adlı şəxsin bağında qanunsuz işlədiyini bildirirdi.
 
Zaur Hüseynov 2014-2024-cü illərdə "Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsində çalışıb. 
 
O, dekabr ayının 20-də vəzifəsindən azad eidlib. 
 
Məsələ ilə bağlı Zaur Hüseynovdan mövqe öyrənə bilmədik.
 
Cahandar Laçınlı
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook