SON XƏBƏR

Zaxarova belaruslara dəstək verən Makronu riyakar adlandırdı

Avqust 17
13:25 2020
Fransa lideri Emmanuel Makronun Avropa Birliyinə Belarusdakı etirazlara dəstək çağırışı riyakarlıqdır, qoy o AB ölkələrindəki etirazçılara dəstək olsun. 

Qaynarinfo xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova öz Facebook səhifəsində verib.

"Bəs o nə vaxt Avropa Birliyindən dinc nümayişlərdə öz hüquqlarına, azadlıqlarına və suverenliyinə hörmət tələb edən yüz minlərlə sarı jiletlilərlə birlikdə səfərbər olmağa davam etməsini xahiş edəcək?" – XİN rəsmisi sual edib.

Zaxarova əlavə edib ki, ayrı-ayrı prezidentlərin heç bir tələbi olmadan Avropa Birliyinin öz məkanında etiraz aksiyalarına dəstək vermək üçün səfərbər olmağa başlayacağı günü gözləyir. "Bu, riyakarlıqdan başqa bir şey deyil".

Xatıladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron özünün Tvitter səhifəsində müvafiq müraciət yerləşdirib. Etirazlar AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Josep Borrel tərəfindən də dəstəklənib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook