SON XƏBƏR

Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına münasibət bildirib

Aprel 03
16:03 2024
"Biz Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətə qiymətimizi vermişik. KİV vasitəsi ilə tərəfləri gərginliyin de-eskalasiyasına çağırmışıq”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, həmin məlumatı təxribatçı informasiya adlandırıb və KİV-in bu məsələdə konstruktiv rol oynamasının vacib olduğunu söyləyib.

"Bakı ilə İrəvan arasında olan bütün ərazi mübahisələri və iddiaları istisnasız olaraq siyasi-diplomatik metodlarla, sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır. Biz öz tərəfimizdən buna hər cür yardımı göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli mexanizmin ritmik işinin bərpasının zamanı çoxdan gəlib. Tərəfdaşları bu formatın bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook