Zaxarova Vaşinqtonun terror aktı ilə bağlı açıqlamasından narazı qalıb
Mart 23
00:41
2024
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə suçlayıb.
Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin "Krokus siti holl” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.
"Report” xəbər verir ki, bu barədə diplomat teleqramda yazıb.
"Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-nin bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir”, – o qeyd edib.
Qeyd edək ki, Ağ ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.