Özbəkistanda prezident onu alqışlamağı qadağan etdi
Aprel 02
11:39
2019
Özbəkistan prezidenti Şavkat Mirziyeyev ölkənin Buraxa vilayətinə səfəri zamanı məmurları onu alqışlamamağa çağırıb.
Bu barədə "Azadlıq" radiosu məlumat verib.
"Məmurların bütün işləri və planları xalqın mənfəətinə xidmət etməlidir. Alqışlamağı yığışdırmaq lazımdır. Onun əvəzinə hər ev və hər insanla məqsədli şəkildə işləmək lazımdır", - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Özbəkistanda məmurlar prezidentin demək olar ki hər sözünü alqışla qarşılayır.