Zelenski Arxangelsk və Mirolyubovka qəsəbələrinin azad edildiyini bildirib
Oktyabr 03
09:29
2022
"Ukrayna Silahlı Qüvvələri ölkənin ərazilərini Rusiya hərbçilərindən azad etməkdə davam edir, əsgərlərimiz nəzarətlərində olan Xerson vilayətində daha iki yaşayış məntəqəsini geri qaytarıblar”.
"Report” "RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
"(Ukraynalı müdafiəçilər-red) xüsusilə Arxangelsk və Mirolyubovkanı azad ediblər”, - Zelenski bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma "Donetsk” və "Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.