Zelenski ilə Bayden arasında görüş keçiriləcək
Sentyabr 12
08:23
2024
Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden iki gündən sonra Vaşinqtonda görüşəcəklər.
Bu məqsədlə Blinken britaniyalı həmkarı Devid Lammi ilə birlikdə Kiyevə gəlib. Sentyabrın 13-də ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Key Starmer arasında keçiriləcək görüşdən sonra məsələ ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir.
APA xəbər verir ki, "RBK-Ukrayna” nəşri ABŞ dövlət katibi Entoni Blinkenin bununla bağlı açıqlama verdiyini yazıb.
Sentyabrın 11-də Blinken bildirib ki, ABŞ və Böyük Britaniya Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq tələbini nəzərdən keçirəcək.