Zelenski: Rusiyanın yeni hücumu artıq başladı
Fevral 17
09:30
2023
Rusiyanın Ukraynaya yeni hücumu artıq başlayıb.
Qlobal.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "BBC News”a müsahibəsində söyləyib.
"Rusiyanın hücumları artıq bir neçə istiqamətdən gerçəkləşir”, - Ukrayna lideri deyib.
"Lakin Zelenski hesab edir ki, Ukrayna qüvvələri əks-hücum əməliyyatına başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərməyə davam edə bilər, baxmayaraq ki, o, Qərbdən daha çox hərbi yardım üçün çağırışlarını yenidən səsləndirib... Kiyev Qərb silahlarının əldə olunmasının sürətindən getdikcə məyus olur. Almaniya, ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra Qərb ölkələrinin ötən ay vəd etdiyi döyüş tanklarının tədarükünün döyüş meydanına çatması hələ də həftələrlə hesablanır”, - nəşr qeyd edib.
Buna baxmayaraq, Zelenskinin sözlərinə görə, o, müharibəni bitirmək üçün kompromis variantının əleyhinədir.
"Bu yolu biz seçmişik. Biz təhlükəsizlik zəmanəti istəyirik. İstənilən ərazi güzəştləri bir dövlət olaraq bizi zəiflədə bilər”, - dövlət başçısı bildirib.