Zelenski və Makron döyüş meydanındakı vəziyyət barədə danışıblar
Fevral 10
20:17
2024
Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Biz həmçinin G7 Vilnüs Bəyannaməsi əsasında təhlükəsizlik öhdəliklərinə dair ikitərəfli sənədin hazırlanmasını müzakirə etdik. Bu cür təhlükəsizlik sazişləri Avropanın liderliyini nümayiş etdirir, Ukrayna cəmiyyətini və döyüşçülərini motivasiya edir və Avropanın Ukraynaya sarsılmaz dəstəyi ilə bağlı Rusiyaya güclü siqnal göndərir", - Zelenski paylaşımında qeyd edib.
APA xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
Tərəflər döyüş meydanındakı vəziyyət və Ukraynanın müdafiə ehtiyacları, həmçinin pilotsuz uçuş aparatları, artilleriya və sursatlar, hava hücumundan müdafiə sistemləri barədə müzakirə aparıblar.