SON XƏBƏR

Zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə məlumat daxil olmayıb

İyul 04
02:53 2023
İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb. Bu barədə "Report"a FHN-dən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook