SON XƏBƏR

Zemfira Meftahəddinova: Bu, ölkəmizin idman həyatında çox mühüm və yaddaqalan hadisədir

May 02
16:15 2016
Çoxlu insanın iştirakı ilə bu cür irimiqyaslı tədbirin keçirilməsi ölkənin idman həyatında çox mühüm və yaddaqalan hadisədir.
 
Bu fikri stend atıcılığı üzrə Olimpiya çempionu, dünya və Avropa çempionu Zemfira Meftahəddinova mayın 1-də təşkil edilən "Bakı marafonu -2016” ilə əlaqədar səsləndirib.
 
İdmançının sözlərinə görə, xüsusən gənclər arasında sağlam həyat tərzini və idmanı təbliğ etməyin ən gözəl vasitəsidir.
 
O deyib: "Gənclər yarımmarafonda iştirak etmək arzusunda olduqlarını bildirməklə, heç şübhəsiz, düzgün seçim ediblər. Bu gün ölkəmiz üçün əsl bayramdır”.
 
Qeyd edək ki, Z.Meftahəddinova yarımmarafona start verib.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook