Zəngəzur dəhlizinin açılması vacibdir - Ərdoğan
Avqust 01
03:06
2023
Türkiyə-Azərbaycan ticarət həcmini hədəflənən 15 milyard dollara çatdırmaq üçün səylər davam etdirilməlidir.
Qaynarinfo "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Prezident qeyd edib ki, enerji və nəqliyyat sahələrində birlikdə hərəkət etmək, tam əməkdaşlıq hər iki ölkənin mənafeyinə uyğundur.
Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini vurğulayıb. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin təcili açılmasının və hərtərəfli sülh sazişinin imzalanmasının proses üçün vacib olduğuna diqqət çəkib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Mətbuata qapalı keçirilən görüş bir saat davam edib.