SON XƏBƏR

Zəngəzurda ermənilər acından ölür

Noyabr 29
18:34 2021
"Zəngəzurun Aravus kəndinin sakinləri hökumətdən nə buğda, nə də yanacaq almayıb”. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aravusun keçmiş meri Arqam Hovsepyan bildirib.

Sonuncu hələ kəndin icra başçısı olarkən sakinlərin pulsuz buğda və yanacaqla təmin olunması üçün müraciət etmişdi. Belə ki, illərlə Azərbaycanın torpaqlarında əkin edən, artıq bu şansı itirən sakinlər daha ağır sosial vəziyyətə düşmüşdülər.

"Fransa fondu hər ailəyə 300 kq buğda verib. Başqa heç nə vermədilər. İnzibati başçı olanda deyirdim ki, camaat yaşaya bilmir, çünki əkdiyimiz torpaqlar azərbaycanlıların nəzarəti altında  qalıb. Otlaq olmadığından insanlar heyvanlarını ucuz qiymətə satırlar. Aravus sakinlərinin əsas problemi buğda və dizel yanacağıdır, amma bundan başqada  insanlarda çox şey çatışmır.

Kənd sakinlərindən biri iki gün əvvəl uşaqlarla birlikdə Gorusa köçüb. Kəndin təhlükəsizlik məsələsi də gündəmdə qalır”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook