SON XƏBƏR

Zəngilan Konqres Mərkəzi Kompleksində ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləcək

Sentyabr 30
14:27 2023
Zəngilan Konqres Mərkəzi Kompleksinin 600 yerlik korpusunda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb.

"Report"un Zəngilana ezam edilmiş müxbiri xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.

"Ərazisi 2,2 hektar olan Kompleks iki hissədən ibarətdir. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.

Kompleks yerli və xarici mütəxəssislər cəlb olunmaqla 6 ay ərzində inşa edilib. Tikintinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.

Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib", - deyə o qeyd edib.

Prezident İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib. Burada sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) "Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook