Zərdab fermerləri çəltik biçinini davam etdirirlər
Sentyabr 14
09:29
2016
Zərdab rayonunda çəltik biçini sürətlə davam etdirilir və indiyədək sahələrdən 166 ton məhsul götürülüb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılıması şöbəsindən Namiz Rüstəmov məlumat verib. Bildirib ki,
Zərdabda yüksək keyfiyyətli ilə seçilən və bu gün yerli bazarlarda böyük tələbat olan çəltik yetişdirməyə maraq son illər getdikcə artır. Fermerlər tərəfindən cari mövsümdə 70,5 hektarda çəltik yetişdirilib və hazırda biçin kampaniyası sürətlə davam etdirilir. Artıq 46,5 hektarın məhsulu yığılıb. Hər hektardan məhsuldarlıq 35,7 sentner olmaqla 166 ton məhsul istehsal edilib.
Hazırda məhsul yığımı davam edir. Cari mövsümdə ötən ildəkindən xeyli çox məhsul istehsal ediləcəyi gözlənilir.
Qlobal.az