Zeynal Bayramlı cərimlənib
İyun 27
19:52
2024
Sabunçu Tibb Mərkəzinin direktor müavini Zeynal Bayramlı cərimlənib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aran Regional Şöbəsi ona İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə cərimə yazıb.
Bu maddə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi 700 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Zeynal Bayramlı qərardan məhkəməyə şikayət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
Ehtimal olunur ki, Zeynal Bayramlının cərimələnməsi onun Ucarda işlədiyi dövrdə baş verib. Cəriməni DƏMX-in Aran Regional Şöbəsinin yazması bu ehtimalı bir qədər də gücləndirir.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aran Regional Şöbəsi ona İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə cərimə yazıb.
Bu maddə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi 700 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Zeynal Bayramlı qərardan məhkəməyə şikayət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
Zeynal Bayramlı Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə bu günlərdə təyin edilib. Bu təyinata qədər o, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb və iyunun əvvəllərində tutduğu vəzifədən azad edilib.