"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu öldürülüb
Yanvar 28
01:27
2018
"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib.
Qlobal.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.
"Şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb", deyə bəyanatda bildirilir.
Qərargah qeyd edir ki, əməliyyat nəticəsində 447 terrorçu öldürülüb, Türkiyə HHQ-nin 22 təyyarəsi 42 hədəfi məhv edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.