SON XƏBƏR

“Ziraat Bankası” Azərbaycan bankındakı payını satır

Noyabr 02
13:07 2016
Türkiyənin "Ziraat Bankası” Azərbaycanda fəaliyyət göstərən "Azərtürkbank” ASC-dəki payını satacaq.
 
Bankının Baş Direktoru Hüseyin Aydın, Azərbaycanda ortaq olduqları bankdan yavaş-yavaş çəkilməyi, paylarını ölkənin Maliyyə Nazirliyinə satmağı düşündüklərini və yaxın günlərdə satışın tamamlanmasının planlaşdırıldığını dilə gətirib.
 
Xatırladaq ki, hazırda "Azər-Türk Bank”da Türkiyənin "Ziraat Bankası”nın 13,5%-ə yaxın səhmi var. Bunun 12,4%-i "Ziraat Bankası”na, 1,1% isə "Ziraat Bank İnternational”a məxsusdur.
 
Türk bankı ilə yanaşı, "Azər-Türk Bank»ın səhmdarları arasında "Qala Həyat”sığorta şirkəti (5%), "Azre” təkrar sığorta şirkəti (6,6%) də var. Bankın səhmlərinin 75%-i isə Əmlak Məsələləri Dövlət Komitəsinin timsalında Azərbaycan Dövlətinə məxsusdur.

"Ziraat Bank Azərbaycan” isə 100% Türkiyənin "Ziraat Bankası”na məxsusdur. (Marja)

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook