Ziya Haşimi: ""Xaşogi olayı" İranda baş versəydi, Qərb və ərəb ölkələri elə bir hay-küy qaldırardılar ki..."
Oktyabr 27
23:52
2018
Camal Xaşogi olayı ən çirkin cinayətdir.
Bunu virtualaz.org-a açıqlamasında İranın İRNA agentliyinin baş direktoru Ziya Haşimi deyib.
Onun sözlərinə görə, Xaşogi olayının günahkarı Səudiyyə Ərəbistanıdır, çünki qətl hadisəsi bu ölkənin İstanbuldakı konsulluğunda baş verib: "Təəssüf ki, Qərb ölkələri bu olaya göz yumurlar. Bu onu göstərir ki, onların jurnalistlərin müdafiəsi haqda bəyanatları boş sözlərdir. Deməliyəm ki, İran jurnalistlərin təqib olunmasını pisləyir və Xaşoginin qətlinin icraçılarını və sifarişçilərini cəzalandırmağa çağırır.
Yeri gəlmişkən, əgər belə bir şey İranda baş versəydi, Qərb və ərəb ölkələri elə bir hay-küy qaldırardılar ki, bizi bütün ölümlərdə günahkar çıxarardılar. Ancaq İran, şükür Allaha, demokratik dövlətdir və bizdə bütün vətəndaşların hüquqları müdafiə olunur”.

Qlobal.az