SON XƏBƏR

Ziya Məmmədovdan bayramqabağı jest: "Gəlin Ucardakı restoranımda yeyin, için, kef edin"

Dekabr 28
14:10 2022
Jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşıb. Həmçinin jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsinə sahib olduğunu da iddia edib.

Bu məsələ ilə əlaqədar Zİya Məmmədov açıqlamasında iddiaları təkzib edib:

"O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.
 
Mənbə: manşet.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook