SON XƏBƏR

Özünə ad günü keçirən direktor işdən çıxarıldı (RƏSMİ)

Dekabr 28
14:47 2020
Təhsil Nazirliyinin əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova vəzifısindən azad olunub.

Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

Qeyd edək ki, sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi barədə görüntülər yayılıb. Onun bu hərəkəti ictimai qınağa səbəb olub. 

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə ad günü keçirən məktəb direktorunun ad günündə Əməkdar artist Mətanət İsgəndərli də iştirak edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook