SON XƏBƏR

Özünü doğramaq istəyən həkim danışdı: “Soyuducu xarab olmuşdu…”

Oktyabr 19
12:56 2021
Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızı intihar etməyə cəhd edib.

Qlobal.az xəbər verir ki, məsələ ilə bağlı Aynur Əsədli unikal.org-a açıqlamasında intihara cəhd etməsinin səbəbini açıqlayıb:

"İnstitutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezmişik. İnsanı nə qədər şərləyərlər?! Ötən həftənin cümə günü mən vaksinasiyaya getmişdim. Saat 12-də işə gəlmişəm. Mən işə gəlməmişdən öncə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs isə şöbə müdiri Nuriyyə Səlimovadır. O isə təqdimatda yazıb ki, guya günah məndədir. Guya, mən reaktivlərin yerini dəyişməmişəm. Halbuki dövlətə ziyan vuran onun özüdür. Günah hamısı şöbə müdirindədir.

Şənbə günü direktor Həqiqət Qədirova məni çağırıb, dedi ki, siz dövlətə ziyan vurmusunuz. Halbuki mən baş həkimə zəng vurub demişəm ki, soyuducu xarab olub, xəbəriniz var? O isə dedi ki, yox, şöbə müdiri bu barədə məlumat verməyib.

İnsana qarşı bu qədər böhtan olmaz. Direktor deyir ki, şöbə müdiri bu barədə saat 10-da məlumat vermişdi. Mən də dedim ki, baxın, özünüz özünüzü ifşa edirsiniz. Mən həmin gün işə saat 12-dən sonra gəlmişəm. Mütləq məni gözləmək lazım idi? Burada reaktivin yerini dəyişmək üçün adam yoxdur?”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook