Zurabişvili Rusiyanı Qara dənizdəki qarşıdurmanı Gürcüstanın ərazi sularına çəkməkdə ittiham edib
Fevral 06
13:16
2024
Rusiyanın işğal altındakı Abxaziyanın Oçamçir limanını hərbi bazaya çevirmək planı Qara dənizdəki qarşıdurmanı bizim ərazi sularımıza çəkməyə xidmət edir.
O bildirib ki, Oçamçirin Rusiya hərbi dəniz donanmasının bazasına çevrilməsi Qara Dənizin strateji perspektivinə təhdid yaradır.
Zurabişvili deyib ki, Rusiya Ukraynadakı uğursuzluğuna baxmayaraq Gürcüstana qarşı hibrid müharibə başladıb. O, bu hibrid müharibənin strategiyasının uçuşların bərpası, Rusiya kruiz gəmisinin Batumiyə gəlməsi, Tbilisidəki Müqəddəs Üçlük Katedralına Stalinin təsvir edildiyi ikonanın yerləşdirilməsi kimi müxtəlif təxribatlara əsaslandığını deyib. Zurabişvili çıxışı zamanı Gürcüstanda elit korrupsiyanın yeni səviyyəyə çatdığını, buna görə heç kimin məsuliyyətə cəlb edilmədiyini vurğulayıb.