SON XƏBƏR

“Zvartnots məsələsi” böyüyür - Erməni deputat rus sərhədçilərin müdafiəsinə qalxdı

Mart 01
17:53 2024
Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvanın "Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılması barədə dedikləri çirkin manipulyasiyadır.

"AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif Respublika Partiyasından olan deputatı Hayk Mamicanyan deyib. 

Serj Sarqsyanın partiyasını təmsil edən Mamicanyan iddia edib ki, hava limanında Rusiya sərhədçilərinin olması guya Ermənistanın müstəqilliyini şübhə altına qoymur və onun suverenliyinə təhlükə törətmir. 

Rusiyapərəst depuatat deyib ki, bu strateji obyektdə Rusiya sərhəd qüvvələrinin mövcudluğunun hüquqi əsasları var: "Onların mövcudluğu bununla bağlıdır ki, bura Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici sərhəddidir. Buna görə də Rusiya sərhədçiləri buradadır”.

Ancaq qeyd edək ki, heç də bütün Aİİ və KTMT-yə üzv ölkələrin beynəlxalq hava limanlarında Rusiya sərhədçiləri xidmət aparmır. Hətta Moskvanın ən yaxın müttəfiqi olan Belarusda belə sərhəd xidmətini Belarusun öz sərhədçiləri həyata keçirir.

Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçilərini İrəvan aeroportunda görmək istəmədiklərini demişdi. Rusiya XİN sözşüsü Mariya Zaxarova isə Simonyanın bu bəyanatına sərt reaksiya vermişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook